Klunilərin boşanma amalı müzakirə yaratdı
12.01.2021 13:27 Şou-biznes

Klunilərin boşanma amalı müzakirə yaratdı

Məşhur aktyor Corc Kluni və vəkil həyat yoldaşı Amal Kluninin boşanacaqları iddia edilib.

“MediaPost” xəbər verir ki, 6 ildir evli olan cütlüyün boşanma səbəbi isə uşaqlarının təhsili ilə bağlı fikir ayrılığıdır.

Kluni uşaqlarının Amerikada, Amal isə İngiltərədə təhsil almasının tərəfdarıdır. Cütlük aralarında yaranan mübahisədən sonra boşanma haqda qərar alıb. Lakin bu barədə heç bir açıqlama verilməyib. Onların buna görə boşanmaq arzusu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, cütlük haqda 2018-ci ildə də ayrılıq iddiası yayılmışdı.

Pərviz Hüseyn

Gündəm