Köln təxliyə edilir - 500 kiloqramlıq bomba tapılıb
23.11.2019 09:10

Köln təxliyə edilir - 500 kiloqramlıq bomba tapılıb

Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalan 500 kiloqramlıq bomba aşkar edilib.

Trend-in məlumatına görə, Tsolştok rayonunda aşkar edilən bombanın zərərsizləşdirilməsi üçün yaxınlıqdakı yaşayış yerlərindən təxminən 6,5 min insanın təxliyə edilməsinə qərar verilib.

Bildirilir ki, bombanı noybarın 22-si zərərsizləşdirmək planlaşdırıldı, lakin yaxınlıqda yerləşən dəmiryolunda müxtəlif təhlükəli yüklərlə dolu təxminən 30 vaqonun olması səbəbindən işlər noyabrın 23-də həyata keçiriləcək.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm