MDB-nin növbəti iclası Ermənistanda keçiriləcək
08.06.2023 16:00 Xarici siyasət

MDB-nin növbəti iclası Ermənistanda keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Ermənistanda keçiriləcək.

MediaPost xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, növbəti iclas 2023-cü ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda keçiriləcək. "Bu tədbirə hazırlıq artıq başlayıb” - general deyib.

Xəbərlər departamenti

Gündəm