Komandası koronavirusa yoluxdu, klipi iki dəfə təxirə düşdü - <span>VİDEO</span>
21.05.2021 12:33 Şou-biznes

Komandası koronavirusa yoluxdu, klipi iki dəfə təxirə düşdü - VİDEO

Müğənni Gülay Zeynallı uzun fasilədən sonra “Elə bil” adlı yeni layihəsini təqdim edib.  

"MediaPost" xəbər verir ki, sənətçi musiqisi Tərlan Məmmədhüseynov, sözləri tanınmış meyxana ifaçısı Rəşad Dağlıya məxsus mahnını ekranlaşdırmaq qərarına gəlib. O, bunun üçün rejissor Delee Orucluya müraciət edib.

“Klip çox başıbəlalı oldu. Çəkilişləri iki dəfə təxirə salındı. Buna komandaya daxil olan uşaqların koronavirusa yoluxması səbəb oldu. Tilsimi heç cürə qıra bilmirdik. Axır ki, çəkildi.

Klip Bakıda lentə alınıb. Mənim üçün dörd özəl geyim hazırlanıb. İstifadə etdiklərimin hamısı bahalı zinət əşyalarıdır, heç bir aksessuar yoxdur.Stilim üzərində Elnur Həsənov çalışıb.

Ümid edirəm ki, dinləyicilər bəyənəcək”,- deyə G. Zeynallı yeni layihəsi barədə danışıb.

 

Xəbərlər departamenti

Gündəm