Komaya düşən seçki dairəsinin sədri ilə bağlı AÇIQLAMA
19.02.2020 16:13 Gündəm

Komaya düşən seçki dairəsinin sədri ilə bağlı AÇIQLAMA

Bunu ”MediaPost”a açıqlamasında sözügedən seçki dairəsinin katibi Həmdulla Sultanov deyib. O, Ş.İmanovun vəziyyətinin kritik olduğu üçün evə buraxıldığını bildirib:

“Səhhəti pis olduğu üçün dincəlsin deyə, həkimlər evə buraxıb” – katib söyləyib.

Xatırladaq ki, Ş. İmanovun komaya düşməsi ilə bağlı məlumatlar yayılsa da, bəzi saytlar onun öldüyünü yazıb.


Bax: Bu seçki dairəsinin sədri komaya düşdü

19:10

Komada olan 64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür İmanov vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün dünyasını dəyişib.

Xəbərlər departamenti

Gündəm