Kondisionerli yerlərdə koronavirus nə qədər təhlükəlidir?
19.04.2020 10:22 Cəmiyyət

Kondisionerli yerlərdə koronavirus nə qədər təhlükəlidir?

Elm adamları virusla bağlı araşdırmaları nəticəsində yeni məlumatlar əldə edirlər.

"MediaPost" bu barədə "Posta"ya istinadən xəbər verir.

Türkiyəli professor Ateş Kara kondisioner olan obyektlərdə koronavirusun təsirinin olub-olmaması barədə məlumatı sosial media hesabında paylaşıb.

O, paylaşımında bunları qeyd edib:

"Filtri mütəmadi təmizlənirsə, virus çox böyük təhlükə təşkil etmir. Lakin bu virusda sosial məsafə çox önəmlidir. Kondisionerin hava püskürən hissəsində oturan virusa yoluxmuş bir şəxs yaxın məsafədəki insanları da yoluxdura bilər".

Klimalı ortamların corona virüse etkisini Bilim Kurulu Üyesi Ateş Kara açıkladı

Xəbərlər departamenti

Gündəm