Konqoda içkili əsgər mülki vətəndaşlara atəş açdı: Çox sayda ölən və yaralanan var
04.08.2020 11:35 Gündəm Dünya

Konqoda içkili əsgər mülki vətəndaşlara atəş açdı: Çox sayda ölən və yaralanan var

Demokratik Konqo Respublikasının cənubi Kivu əyalətində alkoqol qəbul etdiyi bildirilən bir əsgər yoldan keçən mülki vətəndaşlara atəş açıb.

“MediaPost” xəbər verir ki, Uvira bölgəsində baş verən hadisə nəticəsində 12 nəfər həyatını itirib, çox sayda insan müxtəlif dərəcəli xəsarət alıb.

Uvira ordusu mətbuat katibi Dieudonne Kasereka verdiyi açıqlamada hadisənin bölgədə etiraza yol açdığını bildirərək “ordu heyəti və BMT dəstəsi xalqı sakitləşdirmək üçün sözügedən əraziyə getdi” - deyə qeyd edib.

 

Xəbərlər şöbəsi

Gündəm