Konstitusiya Məhkəməsi parlamentin buraxılması ilə bağlı qərar qəbul edib
04.12.2019 10:46 Siyasət

Konstitusiya Məhkəməsi parlamentin buraxılması ilə bağlı qərar qəbul edib

Mediapost.az xəbər verir ki, iclasda qərar elan olunub.

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.

Plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.

Bildirilib ki, yeni parlament formalaşana qədər hazırkı parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir.

Xəbərlər departamenti

Gündəm