Koronavirus aşkarlanan Azərbaycan vətəndaşlarının yaşları açıqlanıb
29.02.2020 12:22 Cəmiyyət

Koronavirus aşkarlanan Azərbaycan vətəndaşlarının yaşları açıqlanıb

“Report”un xəbərinə görə, 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı fevralın 26-da xəstəxanaya daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

Digər 29.04.1998-ci il təvəllüdlü şəxs də həmin, yəni fevralın 26-da xəstəxanaya daxil olub və Qum şəhərindən gəlib.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm