Koronavirus Azərbaycanla Çin arasında ticarət dövriyyəsini azaldıb
15.04.2020 11:05 İqtisadiyyat

Koronavirus Azərbaycanla Çin arasında ticarət dövriyyəsini azaldıb

“MediaPost” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında iki ölkə arasında ticarət dövriyyəsi 423 milyon 877 min dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 120 milyon 607 min dollar və ya 22,1% azdır. Belə ki, ötən ilin müvafiq dövründə iki ölkə arasında ticarət dövriyyəsi 544 milyon 483 min dollar təşkil etmişdi.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanın ticarət dövriyyəsi olan Top 5 ölkə arasında Çin 4-cü yerdə qərarlaşır. Ümumilikdə bu ölkə ilə ticarət dövriyyəsinin həcmi Azərbaycanın xarici ticarət dövriyyəsinin 6.19% təşkil edir.

Xəbərlər departamenti

Gündəm