Koronavirus bir gündə 46 nəfərin ölümünə səbəb oldu - Yayılan ölkələrin siyahısı
01.02.2020 11:14 Gündəm

Koronavirus bir gündə 46 nəfərin ölümünə səbəb oldu - Yayılan ölkələrin siyahısı

“MediaPost”un xəbərinə görə, bu barədə açıqlanan statistik rəqəmlərdə qeyd olunub. Çində son bir gündə koronavirusa yoluxma halı 2100-ü keçib.

Koronavirus Çin, ABŞ, Tayland, Almaniya, Yaponiya, Sinqapur, Fransa, Tayvan, Avstraliya, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Kanada, Rusiya, İngiltərə, Vyetnam, Kamboca, Hindistan, Finlandiya, Nepal, Filippin, İspaniya, Şri Lanka və İsveçdə aşkarlanıb.

Yalnız Çində bu virusa yoluxanların sayı 11791 nəfərdir.

Koronavirus son olaraq 24 saat ərzində 46 nəfərin ölümünə səbəb olub. Ölüm hallarının 45-i Uhan şəhərinin yerləşdiyi Hubey əyalətində qeydə alınıb.

Billurə Yunus /

Xəbərlər departamenti

Gündəm