Koronavirus nefti ucuzlaşdırır
06.11.2020 09:23 Energetika

Koronavirus nefti ucuzlaşdırır

Koronavirusun yayılması səbəbindən bir çox ölkənin qapanmaya keçməsi ilə neftin qiyməti də azalmağa başlayıb.

"MediaPost" xəbər verir ki, saat 9:20-yə olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin yanvar fyuçerslərinin dəyəri 2,52% azalaraq 1 barelə görə 39,90 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dekabr fyuçerslərinin 1 barelinin qiyməti isə 2,76% azalaraq 37,72 dollar təşkil edib.

Xəbərlər departamenti

Gündəm