Koronavirus pandemiyasından sonra hansı ölkədə marketlərdə nəyə tələbat artıb?
25.04.2020 14:20 Dünya

Koronavirus pandemiyasından sonra hansı ölkədə marketlərdə nəyə tələbat artıb?

Küçəyə çıxmalarına məhdudiyyət qoyulan insanlar isə marketlərə axın edərək özləri üçün ən vacib bildiyi ərzaqlardan ehtiyat yığmağa başlayıb.

Türkiyədə pandemyanın ilk günlərində makarona qarşı yaranan tələbat sonrakı günlərdə yerini un və çörəyə verib.

İraqda evdə qalmaq bol söhbət və televiziya izləmək anlamına gəldiyi üçün marketlərdə tum qıtlığı yaşanıb.

Koronavirüs endişesiyle vatandaş marketlere hücum etti... Un ...

Liviyada isə başqa bir məhsul koronavirus dövrünün ulduzuna çevrilib. Ölkədə hələ də münaqişlərin yaşanmasına baxmayaraq valideynlər övladlarının təhsildən geri qalmaması üçün marketlərdən A4 vərəqləri alıblar.

Bəzi ölkələr immunitet sistemini gücləndirən qidalara üstünlük verilməyə başlayıb. Bolqarıstanda zəncəfil və limon ən çox tələb olunan qidaya çevrilib.

Koronavirüs salgını sonrası hangi ülke en çok ne stokladı - Resim 1

Tunisdə sarımsağa təbii dərman kimi baxanların sayı artdığı üçün marketlərdə də qıtlıq yaşanıb. Qıtlıqdan istifadə edən bəzi işbazlar isə qiymətləri qaldırmağa çalışıb.

Koronavirüs salgını sonrası hangi ülke en çok ne stokladı - Resim 1

Fransa, İspaniya və Yunanıstan kimi ölkələrdə un, maya, şokolad kimi qidalara tələbat artdığından marketlərdə qıtlıq yaşanıb.

Əl Cəzairdə isə Ramazan bayramı münasibətilə una olan tələbat kəskin artıb. Bu da qıtlığa səbəb olub.

Koronavirüs salgını sonrası hangi ülke en çok ne stokladı - Resim 1

Argentiada isə yumurtaya olan tələbat qiymətdə artıma səbə olub. Əvvəl 30 ədəd yumurta 2,35 dollara alınırdısa, indi 3,52 dollara alınır.


Xəbərlər departamenti

Gündəm