Koronavirus peyvəndində qalmaqallı "ayrı-seçkilik" iddiası - Necə bölünəcək?
28.04.2020 13:18 Dünya

Koronavirus peyvəndində qalmaqallı "ayrı-seçkilik" iddiası - Necə bölünəcək?

Lakin ötən gün İngiltərənin "Observe" qəzetində peyvənd məsələsi ilə bağlı yer alan məqalə insanlar tərəfindən birmənalı qarşılanmayıb.

"MediaPost" xəbər verir ki, məqalənin yazarı Miçel Seveyc virusa qarşı peyvəndin tapıldıqdan sonra milliyyətçilik əsasında paylaşılacağını qeyd edib.

Yazar bu qaydanı "peyvənd milliyyətçiliyi" olaraq adlandırıb. Məqalədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), quş və donuz qripi ilə bağlı peyvəndin tapılmasında iştirakı olmuş mütəxəssislərin fikirlərinə də yer verilib.

ÜST-ün araşdırma mərkəzinin rəhbəri Maria Paul qeyd edib ki, peyvənd məsələsində əvvəlki illərə baxsaq, milliyyətçilik olduğunu görə bilərik:

"Belə bir məqamda virus çox təhlükəli olsaydı, işimiz daha da çətinləşərdi. Hökumətlər əllərindəki peyvəndi başqa ölkələrlə paylaşmaqda çətinlik çəkə bilərdi. Bir peyvəndin tapılması, test edilməsi, istehsal olunması, çox uzun və çətin prosesdir. Peyvənd insanlar arasında necə bölüşdürüləcək? Kim qərar verəcək? Peyvənd ən yüksək məbləği verənə görə bölüşdürüləcək? Varlı ölkələr indidən peyvəndi almağa başlayıb? Bu gün bu suallar insanları ən çox maraqlandıran suallardandır".

Coronavirus lockdowns are having devastating consequences in low ...

Məqalədə yer alan məlumatda virus əleyhinə peyvəndin 1 ildən tez tapılmayacağı qeyd olunub. Ebola peyvəndinin tapılmasında iştirak etmiş mütəxəssis isə koronavirus peyvəndinin bir il ərzində tapılmasını da mümkün hesab etmir.

"Welcome Trust" şirkətinin virus əleyhinə peyvəndin tapılmasında iştirak edən mütəxəssis Çarli Veller bildirib ki, peyvənd tapılacağı təqdirdə onun necə bölünəcəyini hələlik müəyyənləşdirməmişik:

How long will it take to develop a coronavirus vaccine? – POLITICO

"Burada söhbət milyonlarca dozadan gedir. Ona görə də, hələ ki, bölüşdürməni hansı prinsiplər əsasında aparılacağı müəyyənləşdirilməyib. Bu məsələnin həlli araşdırılır".

Qeyd edək ki, peyvəndin ədalətli paylanılmasını təmin etmək üçün təşkilatlar var. Onlardan bir də "Qavi"dir.

Məqalədə yer alan məlumata görə, bəzi dövlətlər peyvən tədarükü görmək üçün öncədən satınalma razılaşması həyata keçirə bilər.

"Təəssüf ki, peyvənd üçün ölkələr sıraya girməli olacaq. Peyvənddən milyonlarca doza istehsal etmək çox çətin prosesdir. Peyvənd tapılsa da, bu qədər insanı təmin edəcək qədər ölçüdə olması, imkansız kimi görünür".


Xəbərlər departamenti

Gündəm