Koronavirus qadını təcavüzdən qorudu - Kuryoz hadisə
05.02.2020 10:25 Dünya

Koronavirus qadını təcavüzdən qorudu - Kuryoz hadisə

"MediaPost" bu barədə "Daily Mail"ə istinadən məlumat verir.

Hadisə virusun yayıldığı Uhan bölgəsinin yaxınlığında yerləşən Jinqsan əyalətində yaşanıb.

Siao adlı bir gənc evinə oğurluq məqsədi ilə girdiyi Yi adlı qadına təcavüz etmək istəyib. Lakin qadın Uhandan yeni gəldiyini və virusa yoluxduğunu bildirib. Qadının ağzında maskaya görə, oğru onun dediklərinə inanaraq evdəki pulları alıb və oranı tərk edib.

Bölgə polisinin verdiyi məlumata əsasən, qadın bu barədə şikayət ərizəsi verib. Şübhəli şəxs dərhal yaxalanıb.

Xatırladaq ki, Çində yeni tipli koronavirusdan ölənlərin sayının 420-ni keçdiyi, yoluxanların isə 20 minə çatdığı açıqlanıb.

Xəbərlər departamenti

Gündəm