Koronavirus qurbanlarının sayı 697.222-yə çatıb
04.08.2020 07:59 Gündəm Dünya

Koronavirus qurbanlarının sayı 697.222-yə çatıb

Çinin Vuhan şəhərində ortaya çıxan və dünya miqyasında həyatı iflic edən yeni tip koronavirus pandemiyası nəticəsində həyatını itirənlərin sayı 697.222-yə yüksəlib.

“MediaPost” xəbər verir ki, 64.624 nəfərin vəziyyəti ağır olmaqla, 18.446.766 nəfərdə virusa yoluxma faktı aşkarlanıb. Verilən məlumata görə, onlardan 11,677,723 nəfər sağalıb.

Məlumat üçün bildirək ki, COVID-19-a ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb. Belə ki, ölkədə 158.929 nəfər ölüb, 4.862.174 nəfər isə virusa yoluxub.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm