Koronavirus sağlam hüceyrələri belə məhv edir - FOTOLAR
14.04.2020 18:56 Dünya

Koronavirus sağlam hüceyrələri belə məhv edir - FOTOLAR

Braziliyalı alimlər koronavirusun sağlam hüceyrələri necə parçaladığını mikroskop vasitəsi ilə müşahidə ediblər.

“MediaPost” “Haberler.com”a istinadən xəbər verir ki, “Oswaldo Cruz” institutunun tədqiqatçısı Dbora Ferreira tərəfindən aparılan müşahidələr “COVID – 19”un sağlam hüceyrələri necə məhv etdiyini əyani şəkildə görməyə imkan yaradıb. Belə ki, mikroskop vasitəsi ilə aparılan müşahidələrin fotoları çəkilərək ictimaiyyətə təqdim olunub.

Brezilyalı bilim insanları, koronavirüsün sağlıklı hücrelere saldırdığı anların fotoğrafını yayınladı

Fotolarda virus hissəciklərinin sağlam hüceyrələrə necə hücum etdiyi və sonra çoxalmağa başladığı açıq şəkildə görünür. Qeyd edək ki, bu tədqiqat üçün alimlər koronavirus xəstəsi olan bir şəxsin burun və boğaz nahiyəsindən nümunələr götürüblər.


Dbora Ferreira açıqlamasında bildirib ki, fotoşəkillər virus hissəciklərinin forma və ölçüsünü araşdırmağa imkan verəcək. Eyni zamanda istifadə olunan hüceyrələrin peyvənd və dərman müayinəsi üçün uyğun olub – olmadığı müəyyənləşdiriləcək.



Xəbərlər departamenti

Gündəm