Koronavirus şübhəsi ilə nəzarətə götürülənlərlə bağlı yeni xəbər
11.02.2020 09:14 Gündəm

Koronavirus şübhəsi ilə nəzarətə götürülənlərlə bağlı yeni xəbər

"MediaPost"un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı xəbərdə bildirilir. Məlumatda bildirilir ki, xəstəxanada qalan Azərbaycan vətəndaşıdır, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu adam Çinin koronavirus qeydə alınmayan şəhərində olub. Onun xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır.

Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, həkim müşahidələri davam edir. Sabah həmin şəxslərin evə buraxılacağı gözlənilir. Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti fevralın 12-si bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevralın 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Xəbərlər departamenti

Gündəm