Koronavirus vaksini ölümə səbəb ola bilərmi? -  TƏBİB AÇIQLADI
13.01.2021 19:02 Gündəm

Koronavirus vaksini ölümə səbəb ola bilərmi? - TƏBİB AÇIQLADI

"Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər".

"MediaPost" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər Sinovac vaksininin 3-cü klinik faza tədqiqatları zamanı ölüm halı müşahidə olunmayıb", - məlumatda qeyd olunub.

Xəbərlər şöbəsi

Gündəm