Koronavirusa çarə olacağı düşünülən dərmanın sınağı uğursuz olub
24.04.2020 14:40 Dünya

Koronavirusa çarə olacağı düşünülən dərmanın sınağı uğursuz olub

Beynəlxalq mətbuatda yer alan məlumatlara görə, Donald Trampın da ümidverici olaraq adlandırdığı bu dərman ötən gün sınaqdan keçirilib və uğursuzluqla nəticlənib.

"MediaPost" xəbər verir ki, dərman hələ sınaqdan keçirilməmişdən öncə onu istehsal edən firmaların ehtiyat anbarında tükənmişdi.

Sınaq 237 viruslu xəstə arasında sınaqdan keçirilib. Onlardan bir qisminə dərman verilib, bəzilərinə isə verilməyib. Dərman nəinki bir işə yaramayıb, hətta yan təsiri də olub.

"Remdesivir" dərmanı qəbul edən xəstələrin 14 faizi, etməyənlərin 13 faizi həyatını itirib.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatı tədqiqat bazasında erkən paylaşdığı üçün bir müddət sonra silib. ÜST-ün sözçüsü Tarik Jasareviç məlumatın səhvən çox erkən bazaya yükləndiyini bildirib:

"Qurum mütəxəssisləri tərəfindən hazırlanan sənəd layihəsi təsadüfən yüklənib və sonradan silinib. Sənəd hazırda geniş nəzarətdən keçirilir və son halının hazır olmasını gözləyirik".



Xəbərlər departamenti

Gündəm