Koronavirusa görə karantinə alınan BDU tələbəsinin adı açıqlanıb
31.01.2020 13:47 Gündəm

Koronavirusa görə karantinə alınan BDU tələbəsinin adı açıqlanıb

"MediaPost"un xəbərinə görə, həmin tələbənin adı Yuşa Lindir və o, tarix fakültəsinin Regionşünaslıq (Amerika üzrə) ixtisasının 3-ü kursunda təhsil alır.

Çinə səfər etməsinin səbəbi isə atasının vəfatı ilə əlaqədar olub.

Səhiyyə Nazirliyi də tələbəylə bağlı açıqlama yayıb. Bildirilir ki, Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub. Ayın 27-si KTM-ə respirator infeksiya ilə mürəciət edib. Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir.

Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq.

Xəbərlər departamenti

Gündəm