Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin durumu açıqlandı
10.02.2020 06:55 Cəmiyyət

Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin durumu açıqlandı

"MediaPost" xəbər verir ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bildirilib ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm