Koronavirusa yoluxan aktrisa xəstəxanaya yerləşdirildi
03.11.2020 18:55 Şou-biznes

Koronavirusa yoluxan aktrisa xəstəxanaya yerləşdirildi

Ötən günlərdə türkiyəli aktrisa Irmak Ünal koronavirusa yoluxduğunu açıqlamışdı.

“MediaPost” xəbər verir ki, sənətçi xəstəxanaya yerləşdirilib. Bu barədə o, İnstaqramda məlumat yayıb.

Irmak bildirib ki, günlərdir hərarəti düşmür. Buna görə də xəstəxanada qalması tələb olunub:

“Yaxın günlərdə yaxşı olacam.  Mesajlarınızı oxuyuram. Hamıya təşəkkür edirəm.  Xəstəliyin öhdəsindən gəlsəm, təcrübəmi sizinlə bölüşəcəm”.

Qeyd edək ki, Irmak Ünal aktyor Cihan Ünalın qızıdır.

Pərviz Hüseyn

Gündəm