Koronavirusa yoluxan Zelenski: "Vəzifəmi yerinə yetirirəm"
13.11.2020 00:14 Dünya

Koronavirusa yoluxan Zelenski: "Vəzifəmi yerinə yetirirəm"

Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski özünü  yaxşı hiss edir.

"MediaPost" bildirir ki, bununla bağlı  o,“Telegram”dakı videomüraciətində danışıb.

"Bildiyiniz kimi, COVID-19 məndən yan keçmədi və özümü kifayət qədər yaxşı hiss edirəm. Üçüncü gündür özümü təcrid etmişəm, amma işdən təcrid olunmamışam. Vəzifəmi yerinə yetirirəm. Onlayn müşavirələr keçirir və zəngləşirəm" -Zelenski bildirib.

 

 

Xəbərlər şöbəsi

Gündəm