Koronavirusa yoluxanların sayı 20 milyonu ötdü
12.08.2020 07:07 Gündəm Dünya

Koronavirusa yoluxanların sayı 20 milyonu ötdü

Çinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirusa dünyada yoluxanların sayı 20.522.191 nəfərə çatıb.

“MediaPost” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik statistikasında deyilir. 

Məlumatda bildirilib ki, 745,927 nəfərin COVID-19 nəticəsində öldüyü bildirilib.

Qeyd edilib ki, virusa yoluxanlardan 13,441,913 nəfər sağalıb, 64.618 nəfərin vəziyyəti ağırdır.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm