Koronavirusa yoluxanların sayı 48 milyonu ötüb
05.11.2020 09:04 Dünya

Koronavirusa yoluxanların sayı 48 milyonu ötüb

Çinin Uhan şəhərində ortaya çıxan koronavirus pandemiyası nəticəsində həyatını itirənlərin sayı 1,231,019-a çatıb.

“MediaPost” xəbər verir ki, virusa yoluxanların sayı isə 48,438,567-yə yüksəlib. 

Qeyd edilib ki, virusa yoluxanlardan 34,674,181 nəfər sağalıb, 89,433 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm