Koronavirusa yoluxanların sayı 51 milyonu ötdü
10.11.2020 10:29 Dünya

Koronavirusa yoluxanların sayı 51 milyonu ötdü

Çinin Uhan şəhərində ortaya çıxan koronavirus pandemiyası nəticəsində həyatını itirənlərin sayı 1,269,325-ə çatıb.

“MediaPost” xəbər verir ki, virusa yoluxanların sayı isə 51,245,233-ə yüksəlib. 

Qeyd edilib ki, virusa yoluxanlardan 36,056,102 nəfər sağalıb, 93,716 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm