Koronavirusa yoluxanların sayı 52 milyonu ötüb
Çinin Uhan şəhərində ortaya çıxan koronavirus pandemiyası nəticəsində həyatını itirənlərin sayı 1,289,747-yə çatıb.
“MediaPost” xəbər verir ki, virusa yoluxanların sayı isə 52,440,865-ə yüksəlib.
Qeyd edilib ki, virusa yoluxanlardan 36,676,965 nəfər sağalıb, 95.064 nəfərin vəziyyəti ağırdır.