Koronavirusa yoluxma nə zaman pik həddə çatacaq?
09.02.2020 18:20 Dünya

Koronavirusa yoluxma nə zaman pik həddə çatacaq?

"Oxu.az" xəbər verir ki, Londonda “Tropik xəstəliklərin Gigiyena və Tədqiqat Məktəbi” alimlərinin qənaətinə əsasən, bu, fevralın ikinci yarısında baş verəcək.

Virusla bağlı qeyri-müəyyənlik xəstəliyin kulminasiya nöqtəsinə çatacaq dəqiq tarixi deməyə çətinlik yaradır.

Tədqiqatçılar bildirir ki, yeni növ koronavirus Uhanda hər iyirmi nəfərdən birinə yoluxub.

“Xəstəliyin pik həddə çatacağı zaman Uhanda şəhər əhalisinin beş faizi də virusa yoluxacaq, bu da təqribən beş yüz min nəfər deməkdir”, - deyə mütəxəssislərdən biri bildirib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm