Koronavirusda ilk: virusa qalib gələn iki həkimin dərisinin rəngi dəyişib - VİDEO
21.04.2020 12:18 Dünya

Koronavirusda ilk: virusa qalib gələn iki həkimin dərisinin rəngi dəyişib - VİDEO

Bu cür yeni faktlardan biri də elə virusun ortaya çıxdığı Çinin Uhan əyalətində yaşanıb.

Belə ki, xəstələri müalicə edərkən virusa yoluxan iki çinli həkim Yi FanHu Veyfenq COVID-19-la bağlı 2 aydır verdikləri mübarizədən qalib ayrılıblar. Lakin başlarına qəribə hadisə gəlib. Onlar virusa qalib gəlsələr də, dərilərinin rəngi dəyişib.

"MediaPost" xəbər verir ki, həkimlər kardioloq Yi və uroloq Hunun dərilərinin rəngini dəyişməsində bir neçə səbəb olduğunu söyləyir.

Huazhonq Elm və Texnologiya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Sonq Jianxin yerli mətbuata bildirib ki, onların qaraciyəri xəsarət almış ola bilər:

"Çox güman ki, müalicə zamanı onların daxili orqanları, xüsusilə qaraciyəri zədə alıb. Qaraciyərə yığılmalı olan dəmir, orqanlar düzgün işləmədiyi üçün qan damarlarına yığılıb. Bu səbəbdən dərilərinin rəngində dəyişmə olub. Lakin düşünmürəm ki, bu proses uzun müddət davam etsin. Yəni dərilərinin rəngi zamanla əvvəlki halına qayıdacaq. Onu da qeyd edim ki, virusa yoluxan əksər insanların daxili orqanları virusdan sonra ciddi zədə alır. Bu virus təkcə, tənəffüs yolu xəstəliyi deyil. Virus ürək, qaraciyər, böyrək, beyin, endokrin sistem və qan sistemini ciddi zədələyir".


Xəbərlər departamenti

Gündəm