Koronavirusdan bir sutkada ölənlərin sayı rekord həddə çatdı
08.02.2020 08:14 Gündəm

Koronavirusdan bir sutkada ölənlərin sayı rekord həddə çatdı

“MediaPost”un xəbərinə görə, rəsmilər indiyə qədər bir gün ərzində ən çox ölümün ötən gün qeydə alındığını açıqlayıb.

23 yanvara qədər koronavirusdan 17 nəfər ölsə də, epidemiyanının miqyası günü-gündən böyüyür. Ümumilikdə, bu günə qədər koronavirusdan ölənlərin sayı 720-ni keçib.

“MediaPost” müxtəlif günlərdə koronavirusdan vəfat edənlərin statistikasını təqdim edir:

23 yanvar – 8 nəfər

24 yanvar – 16 nəfər

25 yanvar – 15 nəfər

26 yanvar – 24 nəfər

27 yanvar – 26 nəfər

28 yanvar – 26 nəfər

29 yanvar – 38 nəfər

30 yanvar – 43 nəfər

31 yanvar – 46 nəfər

1 fevral – 45 nəfər

2 fevral – 57 nəfər

3 fevral – 64 nəfər

4 fevral – 65 nəfər

5 fevral – 73 nəfər

6 fevral – 73 nəfər

7 fevral – 86 nəfər

Xəbərlər departamenti

Gündəm