Koronavirusdan ölənlərin sayı mini ötdü
10.08.2020 08:59 Gündəm Dünya

Koronavirusdan ölənlərin sayı mini ötdü

Hindistanda ötən sutka ərzində COVID-19 səbəbindən 1007 ölüm qeydə alınıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınmış gündəlik ən yüksək ölüm sayıdır. İndiyədək ölkədə COVID-19 səbəbindən 44 min 386 ölüm hadisəsi baş verib.

“MediaPost” Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən sutka ölkədə yeni növ koronavirusa 62 min 64 yoluxma faktı aşkarlanıb. Son 11 gündə Hindistanda gündəlik yoluxma sayı 50 mindən, son 4 gündə isə 60 mindən çox olub. Bundan başqa, son 6 sutkada Hindistan gündəlik yoluxma hallarının sayına görə bütün ölkələri qabaqlayıb.

Federal Səhiyyə Nazirliyi Hindistanda indiyədək 2 milyon 215 min 74 yoluxma qeydə alındığını, pasiyentlərin təxminən 68 faizinin sağaldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxma sayına görə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Ən çox yoluxma halları Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

Xəbərlər şöbəsi

Gündəm