Koronavirusdan ölüm sayı gün ərzində rekord həddə çatıb
04.02.2020 07:37 Cəmiyyət

Koronavirusdan ölüm sayı gün ərzində rekord həddə çatıb

“MediaPost”un xəbərinə görə, bu barədə Çin Səhiyyə Komissiyası məlumat yayıb.

Ümumilikdə bu virusdan zərər çəkənlərin sayının isə 20438-i keçdiyi bildirilib. Rəsmi açıqlamada həmçinin virusa yoluxan şəxslərdən 2788 nəfərin vəziyyətinin ağır olduğu açıqlanıb. Virusa yoluxduğu ehtimal edilən şəxslərin 23214 nəfər, xəstəxanadan evə buraxılan şəxslərin isə 632 nəfər olduğu qeyd edilib.

Xatırladaq ki, son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 64 nəfər olub.

Billurə Yunus


Xəbərlər departamenti

Gündəm