Koronavirusla bağlı 3 yaxşı, 1 pis xəbər
03.02.2020 06:54 Xarici siyasət

Koronavirusla bağlı 3 yaxşı, 1 pis xəbər

“MediaPost”un xəbərinə görə, bu vaxta qədər sözügedən virusdan ölənlərin sayı artsa da, yayıldığı xarici ölkələrdən heç birində ölüm halı baş verməmişdi. Son məlumatlara görə, koronavirusdan ölüm Çin xaricində ilk dəfə Filippinin paytaxtı Manila şəhərində qeydə alınıb. Ölən şəxsin 44 yaşlı Çin vətəndaşı olduğu bildirilib.

Bununla yanaşı, virusla bağlı müsbət irəliləyişlər də qeydə alınıb.

1. Taylandda yeni tip koronavirus aşkarlanan şəxslərdə HİV və qripdə istifadə olunan dərmanların qarışdırılması nəticəsində tətbiq olunan müayinə metodu ilə xəstələrdə irəliləmə qeydə alınıb.

2. Virusun yayıldığı gündən bu vaxta qədər ilk dəfə xilas edilənlərin sayı ölənlərin sayını keçib.

3. Ümumdünya Səhiyyə Təşkilatı hələlik koronavirusun Afrika ölkələrinə yayılmadığını açıqlayıb.

Xatırladaq ki, bu vaxta qədər koronavirusdan ölənlərin sayı 360-ı keçib.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm