Koronavirusla bağlı Avropada çinlilərə kütləvi hücumlar başladı
31.01.2020 15:25 Cəmiyyət

Koronavirusla bağlı Avropada çinlilərə kütləvi hücumlar başladı

"MediaPost" xəbər verir ki, Çində meydana gələn virusla bağlı insanlarda yaranan qorxu və panika İtaliyada çinlilərə qarşı irqçi hərəkata çevrilməyə başlayıb.

Venesiyada çinli cütlük bir qrup gəncin onları təhqir etdiklərini və üstlərinə tüpürdüklərini söyləyib. Yenə eyni bölgədə çinli kollec tələbəsi qatarda irqçi təhqirlərlə qarşılaşdığı üçün polisə şikayət edib. İllərlə İtaliyada yaşayan çinli ailə Turindəki restoranlardan birində sözlü hücuma məruz qalıblar.

Paytaxt Roma da daxil olamqla bir çox şəhərdə Çin restoranlarının çox sayda müştəri itirdiyi açıqlanıb.

Romanın nüfuzlu sənət məktəblərindən biri olan Santa Sesiliya Konservatoriyası da bütün Uzaq Şərq tələbələrinin kurslarını dayandırdığını elan edib. Mübahisəli qərar barədə bu gün "La Repubblica" qəzetinə danışan Konservatoriya direktoru Roberto Giliani irqçilik ittihamlarını rədd edib.

Sağçı partiyanın lideri və keçmiş xarici işlər naziri Matteo Salvini sosial mediada sərt açıqlama ilə çıxış edib.O, immiqrantları daşıyan qayığın videosu paylaşaraq: "Dünya sağlamlıq üçün sərhədləri bağlayır, İtaliyaya rekord sayda gəmilər yaxınlaşır. Sizcə, bu normaldır?" - sözlərini yazıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm