Koronavirusla bağlı Çin hökumətinin sirrini ifşa edən həkim ölüb
07.02.2020 06:04 Dünya

Koronavirusla bağlı Çin hökumətinin sirrini ifşa edən həkim ölüb

Ölənlər arasında virusla bağlı əhaliyə ilk xəbərdarlığı edən çinli həkim Li Venlianda yer alıb. Həkim virus barəsində dekabr ayında sosial media hesabından ilk paylaşımı edib. Lakin ölkənin güc strukturları onu sənəd imzalatdırararaq susdurmağa çalışıb.

33 yaşlı göz həkimi işləyən Li Venlian özünün də bu virusa yoluxması barədə məlumatı sosial media hesabından paylaşmışdı. Bu gün yerli mediada onun ölməsi ilə bağlı xəbər yer alıb.

Ümumdünya Səhiyyə Təşkilatı Li Venlianın ölümdən dərin təəssüf hissi keçirdiklərini rəsmi "Twitter" hesablarından paylaşıb.

Xəbərlər departamenti

Gündəm