Koronavirusla bağlı əlində sənədlər olduğunu dedi: "Yeni dünya nizamı qurulur"
26.02.2020 15:07 Dünya

Koronavirusla bağlı əlində sənədlər olduğunu dedi: "Yeni dünya nizamı qurulur"

"MediaPost" xəbər verir ki, verilişə dəvət olunan həkim Ramazan Kurtoğlu virusla bağlı maraqlı fikirlər səsləndirib. O, bütün dünyanı narahat edən koronavirusun insanları qorxutmaq üçün bir oyun olduğunu söyləyib.

"Yeni dünya nizamı qurulur. Bu, bir oyundur. Amerikanın iki universiteti illər əvvəl bu oyun üzərində araşdırma aparıb. Bu oyunda hər hansı bir yerdə, istənilən bir nöqtədə virus yayırlar. Əlimdə sənədlər var. Virtual dünyada bütün tədbirlərə baxmayaraq, virusun yayılmasının qarşısını ala bilmirlər. Sonra serverləri bağlayıb oyunu yenidən başladırlar", - deyə həkim bildirib.

Kurtoğlu onu da qeyd edib ki, bu cür şeylər edərkən insanları qorxuya salmağa çalışırlar: "İnsanlar dərhal təşvişə düşür. Lakin immunitet sistemini güclü saxladığımız müddətcə bu cür viruslara qalib gələ bilərik".

Xəbərlər departamenti

Gündəm