Koronavirusla bağlı ittiham edilən Tramp: "Düz etmişəm"
14.04.2020 10:26 Dünya

Koronavirusla bağlı ittiham edilən Tramp: "Düz etmişəm"

"MediaPost" xəbər verir ki, o bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib:

"Etdiyim hər şey doğru idi. 11 yanvarda ABŞ-da heç bir yoluxma və ölüm olmayıb. 17 yanvar həftəsində də vəziyyət eynidir. Buna baxmayaraq ilk yoluxmanın qeydə alınmasından sonra 31 yanvarda Çinlə sərhədi bağladıq. Co Bayden və respublikaçılar məni irqçilikdə ittiham etdi. Nə etməliydim, ortada heç bir şey olmadığı halda tarixinin ən gözəl günlərini yaşayan iqtisadiyyatımızı bağlamalıydım?!", - Tramp bildirib.

ABŞ prezidenti həmçinin Nyu York, Nyu Cersi, Luiziana, Miçiqanda xəstəxanaya aparılanların sayının azaldığını açıqlayıb: "Bütün ölkədə qrafiklərdəki artımı azaltdıq. Sabitlik əldə olunub".

Xəbərlər departamenti

Gündəm