Pediatrdan koronavirusla bağlı valideynlərə tövsiyə
Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən pediatr Nigar Süleymanova bildirib ki, uşaqları qorumaq üçün mütləq valideynlər gigiyena qaydalarına riayət etməlidir:
“Əllər 10-15 dəqiqə olmaqla tez-tez yuyulmalıdır. Bundan əlavə, məktəblərdə, bağçalarada əhalinin çox olduğu yerlərdə virusdan qorunmaq üçün dezinfeksiya işləri aparılmalıdır. Hər nə qədər bu ehtimal az olsa da, uşaqlar da koronavirusa yoluxa bilər. Bu risk daha çox əhalinin sıxlıq təşkil etdiyi yerlərdə mövcuddur. Valideynlər uzun müddət davam edən qızdırmadan şübhələnərlərsə, dərhal həkimə müraciət etməlidirlər. Daha dəqiq nəticəni analizlərə baxmaqla müəyyənləşdirmək olar”.
Pediatrın sözlərinə görə, koronavirusun ölkəmizdə aşkarlanmasından sonra valideynlərdə narahatlıq artıb.