Koronavirusla bağlı son vəziyyət açıqlandı
06.08.2020 19:30 Gündəm Cəmiyyət

Koronavirusla bağlı son vəziyyət açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 6-na olan statistik göstəriciləri açıqlayıb.

“MediaPost” xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 050 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 766 179 test aparılıb. Aktiv xəstə sayı 3 493 nəfərdir, onlardan 263 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Xəbərlər şöbəsi

Gündəm