Koronavirusla bağlı yeni araşdırma - türk professor açıqlayır
15.04.2020 11:05 Dünya

Koronavirusla bağlı yeni araşdırma - türk professor açıqlayır

Ankara Universitetinin professoru Hasan Özkan mətbuata verdiyi açıqlamada virusun yayılmasının qarşının alınmasında sosial məsafənin qorunmasının vacib olduğunu vurğulayıb.

"MediaPost" bu barədə "Anadolu Agentliyi"nə istinadən xəbər verir.

Professor bildirib ki, yoluxanların 50 faizi virusu simptomsuz keçirir:

"Ən təhlükəli insanlar da belələridir. Çünki onlar virsu daşısalar da, heç bir əlamət özünü göstərmir. Sosial məsafəyə riayət olunmadıqda yoluxma sayı da artır. Bu bir statistikadır. "University of Massachusetts Amherst"a həyata keçirilən araşdırmadan sonra bəlli olub ki, virus daşıyan bir xəstə sosial məsafəni 2 metrdən 1,5 metrə endirdikdə bir ay içərisində 2,5 insana yoluxdurmuş olur. Əgər sosial məsafə 1 metrə endirilirsə, 30 gün içərisində virusu 406 insana yoluxdurmuş olur. Bu çox yüksək göstəricidir. Unutmayın ki, COVİD-19 sizə aid bir xəstəlik deyil".

Prof. Dr. Hasan Özkan - Gastroenteroloji ve İç Hastalıkları Uzmanı

Hasan Özkan əlavə edib ki, Çindən gələn nəticələr əsasında müəyyən olunub ki, sağalan 100 xəstənin 30-unun qanında yenidən virus aşkarlanıb:

"Müəyyənləşib ki, virus insanda immunitet yaratmır. Bundan əlavə, hələ virusun qan yolu ilə keçib-keçməməsi məsələsi də tam təsdiqini tapmayıb. Sadəcə trombosit və leykositlərin azlığı səbəbilə bəzi yoluxmalarda COVİD-19-un daha ağır keçdiyi ortaya çıxıb".

Xəbərlər departamenti

Gündəm