"Koronaviruslu xəstələr dərmanların alınması üçün polisə müraciət edə bilər" – DİN
10.04.2021 15:48 Cəmiyyət

"Koronaviruslu xəstələr dərmanların alınması üçün polisə müraciət edə bilər" – DİN

İctimai yerlərdə aşkarlanan koronaviruslu xəstələrin səsləndirdiyi iddialar öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil.

“MediaPost” xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında DİN Mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, virusa yoluxan şəxslərin dərman, ərzaq və s. kimi zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı sosial xidmətlər mövcuddur:

“Koronavirusa yoluxmuş, xüsusilə tənha yaşayan şəxslərin gündəlik zəruri ehtiyaclarının təmin edilməsi ilə bağlı müvafiq sosial xidmətlər var. Koronaviruslu xəstələr sahə həkimləri ilə əlaqə saxlaya bilməsələr, ərazidə xidmət aparan polis əməkdaşına müraciət edə bilərlər. Polis də aidiyyəti üzrə həmin ünvana sahə həkiminin göndərilməsini təmin edər.

Bu işlər o qədər əhatəli şəkildə qurulub ki, kiminsə əsassız bahanə gətirərək ictimai yerə çıxmasına səbəb yoxdur. Bununla bağlı səsləndirilən bəhanələr  öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”.

Xəbərlər şöbəsi

Gündəm