Koronavirusu adi qripdən ayırmağın sadə yolları - DİQQƏT!
28.02.2020 08:24 Gündəm

Koronavirusu adi qripdən ayırmağın sadə yolları - DİQQƏT!

“MediaPost”un xəbərinə görə tövsiyələrdə adi qriplə koronavirusu ayırd etməyin yolları öz əksini tapıb:

“Adi soyuqdəymə və Koronovirus arasında fərqi müəyyən etməyin ən sadə üsulu: Soyuqdəymə zamanı burun axması və bəlğəm varsa, koronavirus infeksiyasının daşıyıcısı ola bilməzsiniz. Koronavirus pnevmoniyadır - soyuqdəymədən yaranan quru öskürəkdir.

Koronavirus istiyədavamlı deyil, 26-27 dərəcə temperaturda ölür. Buna görə çoxlu isti maye qəbul etməniz məsləhətdir. Tez-tez və uzunmüddətli günəş altında qalın (yaz yaxınlaşır). Bununla yanaşı, unutmayın ki, isti mayelər müalicə deyil, profilaktik tədbirdir, bütün viruslara qarşı təsirlidir.

Koronavirusla əlaqədar həkim tövsiyələri:

1. Virus olduqca böyük ölçüdədir (hüceyrənin diametri təxminən 400-500 mm). Buna görə də adi tibbi maskalar prinsipcə kömək edə bilər. Virusa yoluxmuş insan asqırdıqda belə, aranızda məsafə 3 m-dən az deyilsə, virusun sizə çatması ehtimalı çox azdır (Bu, Bakı küləyinə aid deyil).

2. Virus metal səthində ən az 12 saat sağ qala bilər. Metal səthlə təmasda olsanız, əllərinizi sabunla yaxşıca yuyun.

3. Virus pal-paltar üzərində 6-12 saat aktiv qala bilər. Adi yuyucu tox virusu öldürə bilir. Virusu öldürmək üçün qış paltarlarını günəşdə qurumağa qoymaq kifayətdir”.

Məlumatlarda koronavirusun simptonları barədə də informasiya verilib:

1. Virus boğaza nüfuz etdikdən sonra boğazda quruluq meydana çıxır, anginanın simptomu ilə oxşardır. Bu faza 3-4 gün davam edir.

2. Daha sonra virus burun mayesinə, ardınca isə traxeyalara, ardınca da ağciyərlərə müdaxilə edir, sətəlcəm yaradır. Bu proses 5-6 gün davam edir.

3. Koronovirus pnevmoniyası zamanı yüksək temperatur və nəfəs almada problemlər meydana çıxır. Burun tutulması, normal qaydada olmur, suda boğulduğunuz kimi hiss yaranır. Bu vəziyyətdə dərhal həkimə müraciət etmək lazımdır.

Profilaktik tədbirlər:

1. Virus əksər hallarda insan təması zamanı keçir. Əllərinizi sabunla tez-tez yumanız tövsiyə olunur. Virus insan əlində cəmi 5-10 dəqiqə yaşaya bilər. Bu 5-10 dəqiqədə gözlərinizi əllərinizlə ovuşdura və ya burnunuza toxundura bilərsiniz; bu isə virusun sizə keçməsinə şərait yarada bilər.

2. Əli tez-tez yumaqla yanaşı, mikrob hələ boğazda ikən təsirini aradan qaldırmaq və ya minimuma endirmək üçün “Betadin” adlı preparatdan istifadə etmək olar: qarqara etmək (bu virus ağciyərə düşənə kimi) təsirlidir.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm