Koronavirusun ərzaq və paltar vasitəsi ilə yoluxması iddiasına rusiyalı bioloqdan cavab
19.04.2020 11:48 Dünya

Koronavirusun ərzaq və paltar vasitəsi ilə yoluxması iddiasına rusiyalı bioloqdan cavab

Dünyanı cənginə alan koronavirus pandemiyasından qorunmaq üçün həkim mütəxəssislər tərəfindən bir çox tövsiyələr verilib. Buna baxmayaraq insanları ən çox düşündürən suallardan biri də koronavirusun mağazadan alınan ərzaqlar və ya paltarlar vasitəsi ilə yoluxub-yoluxmamasıdır.

“MediaPost” xarici mediaya istinadən xəbər verir ki, rusiyalı bioloq Vladimir Makarov insanları düşündürən bu suallara aydınlıq gətirib. O bildirib ki, koronavirusdan qorunmaq üçün küçədən gələrkən aldığınız məhsulları isti su ilə yumaq kifayət edir. Əyninizdəki paltarları isə qaynatmağa ehtiyac yoxdur. Virus paltarlarda çox az müddət qalır. Onları evdən uzaq bir yerə asmaq yetərlidir.

Makarov qeyd edib ki, koronavirus əsasən tənəffüs orqanları vasitəs ilə ötürülür. Buna görə də qida məhsullarını dezinfeksiya etməyə, paltarları isə xüsusi yuyucu vasitələrlə qaynatmağa ehtiyac yoxdur.

Xəbərlər departamenti

Gündəm