Koronavirusun əsas mənbəyi bu heyvan ola bilər - ARAŞDIRMA
16.04.2020 08:10 Dünya

Koronavirusun əsas mənbəyi bu heyvan ola bilər - ARAŞDIRMA

"MediaPost" "Sabah" qəzetinə istinadla xəbər verir ki, Kanadanın Ottava Universitetinin araşdırmaçıları koronavirusun itlər vasitəsilə insanlara yoluxduğunu söyləyib. Universitetin professoru Xuhua Xia məqaləsində koronavirusun yarasalardan qaynaqlandığını və yarasa yeyən itlərdən insanlara keçdiyini bildirib:

"Koronavirusun əcdadı və ən yaxın qohumu olan yarasa koronavirusu itlərin bağırsağına yoluxub. Böyük ehtimalla, bu da virusun təkamülünə və insanlara yoluxmasına səbəb olub. Bu COVID-19-la mübarizədə vəhşi itlərdə SARS kimi koronavirusların araşdırılmasının vacibliyini göstərir".

Koronavirusun əsas mənbəyi bu heyvan ola bilər - ARAŞDIRMA

Professor Xianın araşdırması COVID-19-un əcdadlarının 1882 və 1966 tarixləri ilə əlaqələndiriməsini əsaslandırır.

Xatırladaq ki, elm adamları COVID-19-un yarasalardan yayılmasını qəti şəkildə müdafiə edir. Bu məməlilər illərdir Ebola, SARS kimi insanların ölümünə səbəb olan bir çox virusun mənbəyi hesab olunur. Ancaq insanlar yarasalarla qarşılıqlı təsirdə olmadığı üçün viruslar yarasalardan başqa heyvanlara keçərək insanları yoluxdurur. Bu heyvanın nə olduğunu tapmaq COVID-19-la mübarizə baxımından mühüm əhəmiyyət kəsb edir.

Xəbərlər departamenti

Gündəm