Koronavirusun ilkin əlamətləri necədir? - AÇIQLAMA
26.01.2020 07:33 Gündəm

Koronavirusun ilkin əlamətləri necədir? - AÇIQLAMA

"MediaPost"un “Qafqazinfo”ya istinadən məlumatına görə, infeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Ancaq sonrakı mərhələdə bu, hərarətin artması və öskürəyə gətirib çıxarır.

Bununla bərabər, ilk mərhələdə xəstəliyin digər əlamətləri də özünü göstərə bilər. Misal üçün, xəstələrdən birinin yüksək hərarəti olmadan ishal olması faktı da mövcuddur.

Həkimlərin sözlərinə görə, yeni növ koronavirusun ilk simptomları həzm sistemində yaranan problemlərlə də özünü göstərə bilər. Bundan başqa, baş ağrısı, ürək bulanması və ümumi halsızlıq xəstəliyin əlamətləri sırasındadır.

Xəbərlər departamenti

Gündəm