Koronavirusun məhv olduğu temperatur müəyyənləşib
17.04.2020 13:50 Dünya

Koronavirusun məhv olduğu temperatur müəyyənləşib

Araşdırmalar nəticəsində virusun hansı temperaturda məhv olduğu müəyyənləşdirilib.

"MediaPost" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Eksperiment zamanı koronavirus ştammı steril qaba və biomaterial olan qablara qoyulub.

Sonra iki nümunə 60 dərəcə 1 saat saxlanılıb. Aşkarlanıb ki, steril olmayan nümunədəki virus hətta bir saat ərzində 60 dərəcədə qalandan sonra çoxala bilir.

Virusu yalnız nümunəni 15 dəqiqə ərzində 92 dərəcəyədək qızdırılmış sobada saxlayandan sonra dezaktivasiya etmək mümkün olub.

Hazırda dünyadakı laboratoriyaların əksəriyyətində materialları 1 saat ərzində 60 dərəcə temperaturda saxlamaqla dezinfeksiya edirlər.

Bu isə koronavirusu tam dezinfeksiya üçün yetərli deyil.

Xəbərlər departamenti

Gündəm