Koronavirusun vurduğu Estoniya və Rumıniya
07.08.2020 16:00 Gündəm Dünya

Koronavirusun vurduğu Estoniya və Rumıniya

Koronavirus pandemiyası Estoniya və Rumıniya iqtisadiyyatına ciddi təsir göstərib. 

"MediaPost” xəbər verir ki, bu ilin ikinci rübündə ölkədə qeydiyyatda olan işsizlərin sayı ötən illə müqayisədə 43 faiz artaraq 66 minə çatıb. Böhran daha çox Haryumaa qəzasının və paytaxt Tallinnin əmək bazarına təsir edib. Cari ilin ikinci rübündə Haryumaada işsizlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə (43 faiz) 62 faiz, Tallində isə 63,4 faiz artıb.

Tallinndə carı ilin ikinci rübündə keçən ilə nisbətən 8500-dən çox insan işsiz qalıb və hazırda onların sayının 22 min nəfər təşkil edir.

Rumıniyada koronavirusa yoluxanların sayı 59 min 273 nəfərə çatıb və artaraq davam edir.

Rumıniya səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 1378 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 2616 nəfərdir. 29 min 289 nəfər sağalıb.

Koronavirus Rumıniya hökumətinə də ciddi təsir göstərib. 

Xəbərlər şöbəsi

Gündəm