Korotçenkodan ermənilərə: "Döyüşə getmirlər, amma Rusiyanın onlar üçün döyüşməsini istəyirlər"
06.11.2020 13:45 Dünya Qarabağ Azərbaycandır

Korotçenkodan ermənilərə: "Döyüşə getmirlər, amma Rusiyanın onlar üçün döyüşməsini istəyirlər"

"Özləri döyüşməyə getmirlər, amma Rusiyanın onlar üçün döyüşməsini istəyirlər".

"MediaPost" xəbər verir ki, bu barədə hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko məlumat verib.

"Əziz ermənilər, bütün uğursuzluqlarınızda Rusiya günahkar deyil. Dağlıq Qarabağda səngərlərdə oturmaq əvəzinə "Facebook", "Twitter", "Telegram"da vaxt keçirirsiniz - bu sizin seçiminizdir. Bunu özünüz seçdiniz", - deyə ekspert bildirib. 

Korotçenko "Serj Sarkisyanın rəhbərlik etdiyi əyalətdəki korrupsiya və mənimsəmə, Hitlerin şəriki Garegin Nzdehin İrəvanın mərkəzindəki abidəsi, postsovet məkanındakı ən böyük ABŞ səfirliyi, "məxməri inqilab", Paşinyan və yoldaşları, saysız-hesabsız Amerika QHT-ləri, Rusiya ticarətinə əziyyət, rusiyapərəst siyasətçilərin və Ermənistan Konstitusiya Məhkəməsinin təmizlənməsi - bunların hamısı sizi təmsil edir!", deyib.

Ekspert "əgər Qarabağın Ermənistan ərazisi olduğunu söyləyirsinizsə, o zaman torpaqları qorumaq üçün özünüz döyüşün. Əgər torpaqları əlinizdə saxlaya bilmirsinizsə, o zaman BMT-nin Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamələrlə razılaşın", - deyə qeyd edib. 

Məlumat üçün bildirək ki, İqor Korotçenko və jurnalist Maksim Şevçenko bu açıqlamalarına görə, Rusiyanın erməni lobbisi və ermənilər üçün çalışan "beşinci kolon"u tərəfindən ölümlə təhdid edilir və təhqir olunur.

Anara Mikail

Gündəm