Putin və Buşun rəqs etdiyi görüntülər ortaya çıxıb - VİDEO
14.01.2020 09:43 Gündəm

Putin və Buşun rəqs etdiyi görüntülər ortaya çıxıb - VİDEO

"MediaPost" xəbər verir ki, 1999- 2000-ci illər arasında Rusiyaya baş nazir seçilən, ardınca 2000-ci ildə Yeltsinin yerinə ölkəyə rəhbər olaraq keçən Putinin vəzifəyə gəlməsinin 20-ci ili münasibətilə bu günə qədər gizli qalan görüntüləri yayımlanıb.

Kreml tərəfindən yayımlanan görüntülərdə Putinin prezidentlik vəzifəsini yerinə yetirdiyi müddət ərzində keçirdiyi görüşlər, tətil və şəxsi həyatından olan bəzi görüntülər paylaşılıb.

Xronoloji sıralamaya görə hazırlanan görüntülərdə ən çox diqqət çəkən məqam isə prezident Vladimir Putin ilə həmin dövrdə ABŞ-a rəhbərlik edən C.Buşun rəqs etdiyi görüntülər olub.

6 aprel, 2008-ci ildə Soçidə Putin ilə görüşən Buşun şərəfinə verilən axşam yeməyi zamanı səhnəyə rus rəqqasların çıxdığı və Rusiyanın ən qədim etnik rəqsi olan “Madam Madam” adlı mahnıyla rəqs edən qadınlara Putin və Buşun da qatıldığı görülür. Qədim rus çalğısı olan balalayka sədaları altında rəqs edən Putin və Buş bir-birlərini təbrik etdikdən sonra öz masalarına geri qayıdıblar.

"MediaPost"



Putin ile Bush'un birlikte dans ettiği görüntüler ortaya çıktı

Xəbərlər departamenti

Gündəm